Ombudsman uşaqlara sosial media məhdudiyyəti qoymaq istəyir
Səbinə Əliyeva bunu 2025-ci il üçün illik hesabatında qeyd edib
Azərbaycan Ombudsmanı Səbinə Əliyeva hesab edir ki, yetkinlik yaşına çatmayanlar üçün sosial media məhdudiyyətləri tətbiq olunmalıdır.
Ombudsmanın 2025-ci il üçün illik hesabatında zorakılıq təbliğatı hallarını aşkar etmək və qarşısını almaq üçün uşaqlar arasında ən populyar sosial media platformalarının, onlayn platformaların və internet resurslarının, eləcə də televiziya məzmununun, filmlərin və video oyunların sistemli monitorinqi təklif olunur.
1 dəqiqədən az