XƏBƏRLƏR / Siyasət

Fransa səfirliyimizə hücuma 1 sutkadan sonra reaksiya verib

Fransa səfirliyimizə hücuma 1 sutkadan sonra reaksiya verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bir gün sonra Fransa Azərbaycan səfirliyinə hücuma reaksiya verib.

    Fransa Xarici İşlər Nazirliyinin saytı xəbər verir ki, Fransa Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyir, nəticədə səfirliyin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb.

    "Mərhumun ailəsinə başsağlığı veririk. Diplomatlara və diplomatik korpusa qarşı hər hansı hücum qəbuledilməzdir. Biz İran hakimiyyətini ölkədəki xarici diplomatları qorumağa və bu hücumu araşdırmağa çağırırıq", - mesajda deyilir.