Fransa səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Səfirliyin "X" hesabındakı paylaşımında "Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik" deyilir
Fransanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 32-ci il dönümü ilə bağlı paylaşım edib.
Səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik. Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olması üçün çalışmaq lazımdır", - paylaşımda qeyd olunub.