Fransanın "humanitar yük"ü Kornidzora çatır VİDEO
Bu barədə erməni kanalları məlumat yayıb
Fransanın Qarabağa "humanitar yardım"ı olan 10 yük maşını İrəvanın mərkəzindən Kornidzor istiqamətində hərəkət edib.
Onlar orada bir aydan çoxdur Laçının girişində boş qalan erməni "humanitar karvan"a qoşulacaqlar.
Xatırladaq ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolunu təklif etsə də, erməni tərəfi bundan imtina edərək, Laçın yolu ilə hərəkət edəcəklərini deyir.
Bu arada Fransanın paytaxtı Paris şəhərinin meri Ann Hidalqo Ermənistana səfər edib.
Bu barədə mer X-dəki səhifəsində məlumat verib.