XƏBƏRLƏR / Qayıdış

Füzuli Mərkəzi Parkının tikintisinə başlanılacaq

Bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib

Füzuli Mərkəzi Parkının tikintisinə başlanılacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yaxın vaxtlarda Qarabağ Dirçəliş Fondu tərəfindən Füzuli Mərkəzi Parkının tikintisinə başlanılacaq.

    Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

    Onun sözlərinə görə, Füzuli şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin tikintisinə bu ilin sonu və gələn ilin əvvəlində start veriləcək.

    "Şəhərdə hazırda Mərkəzi Xəstəxana tikilir, eyni zamanda, Elm və Təhsil Nazirliyi tərəfindən Peşə Təhsil kompleksi inşa edilir. Yaxın vaxtlarda Qarabağ Dirçəliş Fondu tərəfindən şəhərin Mərkəzi Parkının tikintisinə başlanılacaq. Dövlətyarlı kəndində bərpa işləri də tam sürətlə davam edir. Pirəhmədli kəndinin inşasına yeni başlanılıb və 2026-cı ilin sonuna kimi bitəcək.

    Ümumilikdə, şəhərin infrastrukturu, daxili yolları, müvafiq dövlət qurumları tərəfindən icra olunan layihələr "Böyük Qayıdış" proqramında qoyulan hədəflərə tam uyğun icra olunur. Tezliklə Füzuli şəhərində daha çox əhalini görəcəyik", -deyə E.Hüseynov bildirib.