XƏBƏRLƏR / Yaddaş

Füzuli rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib

Füzuli rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 20-də saat 12:00-da ölkəmizin bütün ərazisində olduğu kimi, Füzuli şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    “Zəfər yolu”nun Füzuli şəhəri ərazisindən keçən hissəsində sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

    İnsanlar ehtiramla şəhidlərin xatirəsini anıblar.