Türkiyə "Orta Asiya" ifadəsini "Türküstan"a dəyişdirdi
Türkiyənin Milli Təhsil Nazirliyi tarix fənnində dəyişikliklər edib
Türkiyənin Milli Təhsil Nazirliyi tarix fənni kurikulumunda əsaslı dəyişiklikləri açıqlayıb. Yeni yanaşmaya görə, “Mərkəzi Asiya” ifadəsi “Türküstan” ifadəsi ilə əvəz olunacaq. Ekspertlər qeyd edirlər ki, bu qərar gələcək nəsillərdə milli kimliyin, vətənpərvərlik hissinin gücləndirilməsinə yönəlib.
Prezident Rəcəb Tayyib Ərdoğan türk dünyasının birliyinin vacibliyini vurğulayıb: “Biz “Türk əsri” baxışımızı Türk Dövlətləri Təşkilatına çatdıraraq, qarşıdakı dövrü türklər dövrünə çevirmək üçün çiyin-çiyinə çalışacağıq”.