Şəhidlər Xiyabanında Türkiyənin 101-ci ildönümü qeyd edildi
Mərasimdə səfir Cahit Bağcı, general-polkovnik Bəxtiyar Ersay, briqada generalı Qaffar Görən və s. iştirak ediblər
Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə əlaqədar Bakıda Şəhidlər Xiyabanında Türk Əsgərləri Abidəsində mərasim keçirilib.
Mərasimdə Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan üzrə Əməliyyat Qrupunun komandanı, general-polkovnik Bəxtiyar Ersay, hərbi attaşe briqada generalı Qaffar Görən, Şimali Kipr Türk Respublikasının (ŞKTC) nümayəndəsi Ufuk Turqaner, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən qurum və təşkilatlarının nümayəndələri, səfirliyin əməkdaşları və attaşeləri, iş adamları və vətəndaşlar iştirak ediblər.
Tədbirdə iştirak edənlər şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Səfir abidənin önünə gül dəstələri qoyub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. C.Bağçı "Xatirə Kitabı"nda qeyd buraxıb.
Səfir və onu müşayiət edən şəxslər Bakıda “Qara Yanvar” kimi tanınan 20 Yanvar faciəsi qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını da ziyarət ediblər.