XƏBƏRLƏR / Yaddaş

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi

FOTOREPORTAJ

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

    20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında da yad edilib.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, siqnallar verilib, qəhrəman Vətən övladlarının xatirəsi anılıb.

    Bayraqlar yarıya qədər endirilib.