Ankaradakı səfirliyimiz M.Ə.Rəsulzadənin məzarı başında
Bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib
Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada AXC qurucularından biri - M.Ə.Rəsulzadənin ad günü münasibətilə onun məzarını ziyarət edib. Bu barədə səfirliyin "Facebook" səhifəsində yazılıb.

"Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümündə onun məzarını dua və ehtiramla yad etdik. Ruhu şad olsun və məkanı cənnət olsun".

1 dəqiqədən az