XƏBƏRLƏR / Münaqişə

Gədəbəy yenidən atəşə tutuldu

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Gədəbəy yenidən atəşə tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.