Gələn ay Xankəndidə 40 yeni iş yeri açılacaq
Bunu Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib
Fevral ayının sonuna kimi Xankəndində daha 40-a yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.
Bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəsi Mətin Eynullayev deyib.
Xidmət rəisi qeyd edib ki, Xankəndində 2 yanacaq doldurma məntəqəsi, 1 mobil operator, 1 market, 1 yükdaşıma xidməti, 1 bərbər salonu, 1 aptekin bərpa edilməsi nəzərdə tutulub.