XƏBƏRLƏR / Maliyyə

Gələn il seçkilərə 35 milyon manat sərf olunacaq

Azərbaycanda gələn il yanvarın 29-na növbəti bələdiyyə seçkiləri təyin edilib

Gələn il seçkilərə 35 milyon manat sərf olunacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən seçkilərin keçirilməsinə 35,1 milyon manat vəsait ayrılacaq.

    Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

    Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 55,7 % azdır.

    Xatırladaq ki, Azərbaycanda gələn il yanvarın 29-na növbəti bələdiyyə seçkiləri təyin edilib.