Gələn ilin ölkə üzrə yaşayış minimumu müəyyən olunub
Yaşayış minimumuna paralel olaraq gələn il üçün ehtiyac meyarı da açıqlanıb
![Gələn ilin ölkə üzrə yaşayış minimumu müəyyən olunub](/uploads/images/2024/12/rs/image_750x_675fdb77201e8-750-1080-resize.webp)
2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.
Yaşayış minimumuna paralel olaraq gələn il üçün ehtiyac meyarı da 285 manat olmaqla təsdiqlənib.
Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.