XƏBƏRLƏR / Hərbi

Gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək

Müdafiə nazirliyi xəbər verir

Gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 16-da Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcəkdir.

    Mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

    Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik.