Rusiya və Misir Aralıq dənizində təlimlər keçirəcək
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb

Rusiyanın Sakit okean donanmasının döyüş gəmiləri Aralıq dənizində Misir Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlər keçirəcək.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, təlimlər PASSEX formatında - birgə manevr, əlaqə hazırlığı elementlərinin işlənib hazırlanması ilə keçiriləcək.