XƏBƏRLƏR / İctimaiyyət

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə olub

YENİLƏNİB

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:41

    Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, Gəncədə baş verən hadisə qurum tərəfindən nəzarətə götürülüb.

    "Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır.

    Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən "Nur" dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

    ***

    10:20

    Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

    TƏBİB-dən verilən məlumata görə, 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

    Bildirilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

    Qeyd edək ki, dünən axşam radələrində Gəncə şəhəri, M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərlənmə iddiası ilə xəstəxanaya hospitalizasiya olunublar.