Gəncədə sığınacağın yaradılması üzərində iş gedir
Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Həzi Aslanov bildirib.
Qarşıya qoyulan əsas prioritetlərdən biri də QHT-lərlə əlaqələrin artırılmasıdır. Burada xüsusi diqqət sığınacaqlara yönəldilməlidir.
Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Həzi Aslanov bildirib.
Sığınacaqların nəinki paytaxtda, bölgələrdə də açılmasının vacibliyini qeyd edən Həzi Aslanov Gəncədə sığınacağın yaradılması üzərində işin getdiyini diqqətə çatdırıb.
DİN-in rəsmisi qeyd edib ki, QHT tərəfindən təqdim olunan layihələrin formatı, məzmunu dəyişdirilməli və çağırışlara cavab verməlidir.