Gəncə şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü başlayıb.
Gəncənin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti ilə davam edib, Mirzə Abbas Abbaszadə küçəsində yekunlaşacaq.
Şəhərdə bayram ab-havası yaşanır.
Bu gün, həmçinin Gəncənin Heydər Əliyev adına meydanında "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı təşkil olunacaq. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatacaq.