Genişzolaqlı internet abunəçilərinin sayı 1,85 mln çatıb
Son 1 ildə Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı təxminən 28% artıb
Son 1 ildə sabit genişzolaqlı internet abunəçilərinin sayı təxminən 28% artaraq 1,85 milyona çatıb. Abunəçilərin təxminən 64%-nə və ya 1,2 milyonuna sabit genişzolaqlı xidmətlər fiber-optik kabellər vasitəsilə təqdim edilir ki, bu da son illərin ən yaxşı göstəricisidir.
Bundan əlavə, Bakı şəhərində və regionlarda GPON texnologiyası ilə yanaşı, vətəndaşlara simsiz yüksəksürətli internetin verilməsini təmin edən LTE və “Wi-Fi” texnologiyası vasitəsilə də müasir telekommunikasiya xidmətləri göstərilir.