XƏBƏRLƏR / Elm və Texnologiya

Hava limanında elektron sərhəd nəzarəti sistemi qurulub

Bu, sərhəd nəzarəti prosesini təxminən 20 saniyəyə endirəcək FOTO

Hava limanında elektron sərhəd nəzarəti sistemi qurulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda elektron sərhəd nəzarəti sistemi tətbiq edilib.

    18 yaş və yuxarı sərnişinlər artıq pasportlarını xüsusi oxuyucuya təqdim edə bilərlər və sistem avtomatik olaraq lazımi yoxlamaları aparacaq və biometrik məlumatlara əsasən onları müəyyən edəcək.

    Bu, sərhəd nəzarəti prosesini təxminən 20 saniyəyə endirəcək.

    Sistemin ölkə daxilindəki digər nəzarət məntəqələrində də tətbiqi planlaşdırılır.