Azərbaycanda "Cisco" Akademiyası yaradıla bilər
Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin X hesabında verib
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin X hesabında verdiyi məlumata görə, Azərbaycan və Amerika şirkəti "Cisco" rəqəmsal transformasiya və süni intellekt, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzlərinin və "Hökumət Buludu"nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Müzakirə Nəbiyevlə "Cisco" şirkətinin Avropa, Yaxın Şərq və Afrikada Müştəri Dəstəyi üzrə vitse-prezidenti və baş meneceri Adel Trombetta arasında keçirilən görüşdə baş tutub.

Nazirin sözlərinə görə, müzakirə həmçinin birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, "Cisco" Akademiyası da daxil olmaqla regional mərkəzin yaradılması və rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması imkanlarına da yönəlib.
1 dəqiqədən az