Ayda “küçə fənərləri” quraşdırılacaq
Layihə təxminən iki Yer həftəsi davam edən uzun Ay gecələri problemini həll etmək üçün nəzərdə tutulub
Ceff Bezosun “Blue Origin” şirkətinin bir hissəsi olan “Honeybee Robotics” Ayın səthində iddialı bir layihə hazırlamaq üçün maliyyə vəsaiti alıb. “LiveScience” portalı xəbər verir ki, söhbət Nyu-Yorkdakı “Azadlıq” heykəlinin ölçüsündən də böyük olan 100 metr hündürlüyündə “küçə fənərləri”nin quraşdırılmasından gedir.
Layihə təxminən iki Yer həftəsi davam edən uzun Ay gecələri problemini həll etmək üçün nəzərdə tutulub. Bu, günəş enerjisinə arxalanan gələcək tədqiqatçılar üçün ciddi təhlükə yaradır.
Layihənin təqdimatı videosunda baş müstəntiq Vişnu Sanigepalli cihazların necə işlədiyini izah edib. Nəhəng strukturlar Ayın tam göründüyü günlərdə günəş enerjisini saxlayacaq və sonra iki həftəlik gecə ərzində güclü proyektorlarla ətrafı işıqlandıracaq.
Qurğuların heyranedici hündürlüyü təkcə Ayın nəhəng kraterlərini işıqlandırmaq ehtiyacı ilə deyil, həm də 900 kiloqrama qədər elmi avadanlığı, o cümlədən kameralar və rabitə vasitələrini əhəmiyyətli hündürlükdə yerləşdirmək imkanı ilə bağlıdır. Bundan əlavə, hər bir qüllənin bazasında Ayda gəzinti aparatlarını və digər potensial avadanlıqları doldurmaq üçün güc adapterlərinin yerləşdirilməsi planlaşdırılır.