Süni İntellektdən istifadəyə dair ilk beynəlxalq müqavilə
Sənəd iki il ərzində 50-dən çox ölkənin iştirakı ilə hazırlanıb
Böyük Britaniya, ABŞ və Aİ Süni İntellektdən istifadəyə dair ilk hüquqi qüvvəyə malik beynəlxalq müqavilə imzalamaq niyyətindədir
Sənəd iki il ərzində 50-dən çox ölkənin, o cümlədən Kanada, İsrail, Yaponiya və Avstraliyanın iştirakı ilə hazırlanıb. Razılaşmaya əsasən, tərəflər Süni İntellekt sistemlərindəki zərərli və ayrı-seçkilik xarakterli məzmuna görə məsuliyyət daşıyacaq və bərabərlik və məxfilik hüququnun pozulmasının qarşısını almağı tələb edəcək. Böyük Britaniyanın naziri Piter Kayl bu sazişin real tədbirlərə və geniş beynəlxalq əhatəyə malik dünyada ilk saziş kimi əhəmiyyətini qeyd edib.