XƏBƏRLƏR / Elm və Texnologiya

Bakı İsraildə suyun duzsuzlaşdırılması şirkətində pay alır

Azərbaycan İnvestisiya Holdinqi İsrailin suyun duzsuzlaşdırılması üzrə IDE şirkətində 30%-lik payı almaq istəyir

Bakı İsraildə suyun duzsuzlaşdırılması şirkətində pay alır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması (desalinasiya) şirkətində 270 mln. dollarlıq pay ala bilər.

    Azərbaycan İnvestisiya Holdinqi (AIH) İsrailin suyun duzsuzlaşdırılması üzrə IDE şirkətində 30%-lik payın planlaşdırılan satın alınması ərəfəsində ətraflı yoxlama (due diligence) aparır.

    Qeyd edək ki, IDE İsraildə ən böyük desalinasiya şirkətidir. Şirkət İsraildə desalinasiya olunmuş suyun 45%-nə cavabdehdir.

    Xatırladaq ki, sövdələşmə baş tutarsa, bu, Azərbaycanın İsraildə ikinci böyük dövlət investisiyası olacaq. Birinci belə investisiya 2025-ci ilin yayında SOCAR tərəfindən Tamar qaz yatağının 10%-lik payının 1,25 milyard dollara alınması olub.