XƏBƏRLƏR / Elm və Texnologiya

Qazaxıstan-Azərbaycan optik kabelinin inşası bu il bitəcək

Bunu Qazaxıstan Respublikasının Baş nazirinin müavini Jaslan Madiyev elan edib

Qazaxıstan-Azərbaycan optik kabelinin inşası bu il bitəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər dənizinin dibi ilə Qazaxıstan-Azərbaycan optik kabelin tikintisi 2026-cı ilin sonuna qədər başa çatacaq.

    Xəzər dənizində dəniz tədqiqat işləri 2025-ci ilin avqust ayında başlayıb.

    "Tranzit potensialını artırmaq üçün Xəzər dənizinin dibi boyunca Azərbaycan Respublikasına optik kabelin tikintisinə başlanılıb. Layihənin bu ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır".

    Bunu Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev qeyd edib.

    Kabelin uzunluğu 391 km, maksimal ötürmə qabiliyyəti isə 400 Tbit/s olacaq.