Azərbaycan növbəti peykini 2026-cı ildə orbitə çıxara bilər
Bunu "Azərkosmos" İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov jurnalistlərə bildirib ki, Azərbaycan növbəti peykini 2026-cı ildə orbitə çıxara bilər: "Biz 2026-cı ildə daha bir optik müşahidə peykini orbitə çıxarmaq imkanını nəzərdən keçiririk".