"Twitter"in yeni rəqibi
Yeni tətbiq "Instagram" ilə birlikdə işləyəcək
"Twitter"ə yeni rəqib gəlir. "Facebook"un sahibi olan "Meta" şirkəti tərəfindən yaradılan və "Twitter"i əvəz edə biləcək "Threads" tətbiqi iyulun 6-sı istifadəyə veriləcək.
Instagram ilə birlikdə işləyəcək "Threads" "App Store"da artıq yerini alıb. Tətbiqin skrinşotları onun "Twitter" kimi interfeysə malik olduğunu göstərir. "Meta" platformanı “mətn əsaslı söhbət proqramı” kimi təqdim edir.