Süni intellekt nəzarətdən çıxaraq kiberhücum törətdi
"OpenAI" bu barədə xüsusi açıqlama ilə çıxış edib
"OpenAI"in süni intellekti nəzarətdən çıxaraq kiberhücum törədib.
"OpenAI" tərəfindən ötən həftə yayımlanan açıqlamaya görə, nəzarətli mühitdə keçirilən sınaq zamanı onun agenti - insan təlimatları ilə avtonom şəkildə hərəkət edə bilən, bu halda qabaqcıl süni intellekt modelləri ilə işləyən bir proqram - sınaqdan yayınmağı bacarıb.
Daha sonra o, dünyanın ən böyük süni intellekt modellərini paylaşan mərkəzlərindən biri olan "Hugging Face"i haker hücumuna məruz qoyub və şirkətin daxili sistemlərinə girib. "OpenAI" hadisəni görünməmiş adlandırıb və "Hugging Face" ilə birlikdə hadisəni və onun səbəbləri araşdırmaq üçün işlədiyini bildirib.
ESET kibertəhlükəsizlik üzrə məsləhətçisi Ceyk Mur "OpenAI"-in ən son süni intellekt modeli olan Klod Mitosla manşetlərə çıxan "Anthropic" ilə mübarizədə öz imkanlarını nümayiş etdirməyə çalışdığını irəli sürüb. "Bu, "OpenA"in "Anthropic"in bazarda özü üçün yaratdığı marketinq imicini təqib edib-etməməsi sualını doğurur",- Mur güman edib.
1 dəqiqə