5 ildən sonra Sİ bütün bəşəriyyətin zəkasını üstələyəcək
Bu barədə amerikalı sahibkar İlon Mask "The Ekonomist" dərgisinə müsahibəsində deyib
Amerikalı sahibkar İlon Mask hesab edir ki, yaxın 5 ildə Süni İntellekt (Sİ) sistemləri bütün bəşəriyyətin ümumi intellekt səviyyəsini keçə bilər.
O, bu barədə “The Economist”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, təxminən 10 ildən sonra robotlar və süni intellekt həm fiziki, həm də əqli əmək tələb edən əksər işləri öz üzərinə götürəcək və iş insanlar üçün “könüllü seçim”ə çevriləcək. Onun fikrincə, bu proses nəticəsində dünyada “görünməmiş bolluq” yaranacaq, pul əvvəlki mənasını itirəcək.
Milyarderin qeyd etdiyi kimi, dövlətlərin vətəndaşları maliyyə ödənişləri ilə təmin etməsi kifayət edəcək, çünki maşınlar vasitəsilə mal və xidmətlərin istehsalı praktiki olaraq qeyri-məhdud olacaq və deflyasiya riski inflyasiya riskindən daha yüksək olacaq.
Mask həmçinin bildirib ki, Britaniyada yaxın 20 il ərzində vətəndaş müharibəsi baş verə biləcəyini istisna etmir. Onun fikrincə, buna səbəb cəmiyyətdə Qərb dəyərlərinə zidd baxışların yaratdığı gərginlik ola bilər.
1 dəqiqə