XƏBƏRLƏR / Elm və Texnologiya

Hindistanın kosmik cihazı Ayda hərəkət edib

Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb

Hindistanın kosmik cihazı Ayda hərəkət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 23-də “Çandrayaan-3” eniş modulunun göyərtəsində Yerin təbii peykinə gedən Hindistanın “Praqyan” lunoxodu Ayda ilk dəfə hərəkət edib.

    Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb.

    “Chandrayaan 3” eniş modulunu tərk edərək Ay səthində hərəkətə başlayıb” deyə kosmik agentlik sosial media səhifəsində bildirib.