XƏBƏRLƏR / Elm və Texnologiya

Hindistanın “Çandrayaan-3” aparatı Ayın səthinə uğurla enib

Baş nazir Modi aydan birbaşa yayımı videokörpü vasitəsilə izləyib.

Hindistanın “Çandrayaan-3” aparatı Ayın səthinə uğurla enib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hindistanın “Çandrayaan-3” eniş aparatı Ayın səthinə uğurla enib, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı bildirib.

    BRİKS sammiti üçün Cənubi Afrikaya səfər edən Baş nazir Modi yayımı videokörpü vasitəsilə izləyib.

    Hindistan Ayın az tədqiq edilmiş cənub qütbünə enən ilk ölkə oldu.