XƏBƏRLƏR / Elm və Texnologiya

Qırğızıstan Azərbaycan peyklərindən istifadə etmək istəyir

Baş nazirin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərkosmos"a baş çəkib

Qırğızıstan Azərbaycan peyklərindən istifadə etmək istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qırğızıstan Azərbaycan peyklərindən istifadə etməkdə maraqlı olduğunu bildirib.

    Baş nazirin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi Qırğızıstan nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində ölkənin kosmik agentliyi olan "Azərkosmos"a baş çəkib. Agentliyin sədri vəzifəsini icra edən Batırxanovla görüşdə kosmik texnologiya, peyk rabitəsi və rəqəmsal həllər sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

    Qırğızıstan tərəfi rabitə, fövqəladə halların qarşısının alınması, kənd təsərrüfatı monitorinqi və ətraf mühitin idarə olunması üçün Azərbaycan peyklərindən istifadə etməkdə maraqlı olduğunu bildirib. Qeyd edilib ki, müasir peyk məlumatlarına çıxış dövlət idarəçiliyinin səmərəliliyini artıracaq və mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə imkan yaradacaq.