XƏBƏRLƏR / Elm və Texnologiya

Ukraynada yaralı ilk dəfə dron vasitəsilə təxliyə edilib

Məlumat Ukrayna Silahlı Qüvvələrinin 92-ci Əlahiddə Hücum Briqadasından verilib

Ukraynada yaralı ilk dəfə dron vasitəsilə təxliyə edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna ilk dəfə olaraq cəbhə xəttindən bir şəxsin dron vasitəsilə təxliyə edildiyini elan edib.

    92-ci Əlahiddə Hücum Briqadasının məlumatına görə, bir ukraynalı əsgər mövqedə olarkən yaralanıb. Düşmənin yüksək dron aktivliyi və minalanmış ərazi səbəbindən ənənəvi yerüstü robot sistemlərindən istifadə edərək təxliyə mümkün olmayıb.

    Daha sonra əsgərin hava dronundan istifadə edərək təxliyə edilməsi qərarı verilib. Bu, Ukrayna istehsalçısı "Gurzuf Defense" şirkətinin ağır heksakopteri olub

    Əməliyyat uğurlu keçib və yaralı əsgər xilas edilib.