XƏBƏRLƏR / Elm və Texnologiya

Metroda sifətin tanınması texnologiyası tətbiq ediləcək FOTO

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "AzInTelecom"dan bildiriblər

Metroda sifətin tanınması texnologiyası tətbiq ediləcək FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı Metropolitenində sifətin tanınması texnologiyasından istifadə edən ödəniş sisteminin tətbiqi ilə bağlı danışıqlar aparılır.

    Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında AzInTelecom-un Kommersiya Departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.

    Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə sifətin tanınması texnologiyasından istifadə etməklə ödəniş sisteminin inteqrasiyasına başlanılıb. Eyni zamanda, analoji mexanizmin Bakı Metropolitenində də tətbiqinin mümkünlüyü müzakirə edilir.

    "Yerüstü nəqliyyatda - avtobuslarda belə sistemin tətbiqi bir sıra çətinliklərlə, o cümlədən hava şəraiti, işıqlandırma, kameranın keyfiyyəti və digər texniki amillərlə bağlıdır. Ona görə də ilk növbədə sınaqlar aparılmalıdır, bundan sonra yekun qərar qəbul oluna bilər", - F.Fərəcullayev qeyd edib.