Azərbaycanda ilk dəfə üfüqi quyu qazılacaq
Quyunun qazılması Salyan rayonundakı "Kürsəngi" və "Qarabağlı" yataqlarında həyata keçiriləcək
Ölkə tarixində ilk üfüqi quyu Azərbaycanda dərinlikdə yerləşən neft laylarına çatmaq üçün quruda 4400 m dərinlikdə qazılacaq.
Quyunun qazılması "GL Group"un Salyan rayonundakı "Kürsəngi" və "Qarabağlı" yataqlarında üç yeni kompleks dərin quyunun qazılmasını əhatə edən genişmiqyaslı təşəbbüsünün bir hissəsidir.
Yerli və beynəlxalq qazma şirkətlərinin iştirakı ilə qazma xidmətlərinin göstərilməsi üçün artıq tender elan edilib.
"GL Group" Azərbaycanda beş neft-qaz yatağı, o cümlədən Salyan rayonundakı "Kürsəngi" və "Qarabağlı", Abşeron yarımadasında "Buzovna-Maştağa", "Qala" və "Zirə" yataqlarını istismar edir.