XƏBƏRLƏR / Elm və Texnologiya

ABŞ 2030-cu illərin əvvəllərində Marsa insan göndərəcək

Bunu NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi bildirib

ABŞ 2030-cu illərin əvvəllərində Marsa insan göndərəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ 2030-cu illərin əvvəllərində Marsa insan göndərməyi planlaşdırır, bu missiya səkkiz aydan çox çəkəcək.

    Bunu ABŞ-ın nəqliyyat naziri və NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi "Fox News" telekanalına müsahibəsində deyib.

    "Biz Marsa 30-cu illərin əvvəllərində çatmaq istəyirik və bu, kritikdir... Marsa uçuş səkkiz aydan çox olacaq, sonra orada qalacaq və sonra geri qayıdacaq", - Daffy deyib.