Azərbaycan və Özbəkistan rəqəmsal hökuməti müzakirə ediblər
Bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib
Azərbaycan və Özbəkistan rəqəmsal hökumət sahəsində əməkdaşlığın genişləndirilməsi, myGov platforması ilə təcrübə mübadiləsi və birgə iş üçün perspektivli sahələrin araşdırılması məsələlərini müzakirə ediblər.
Müzakirələr Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəşad Həsənov və Özbəkistanın Rəqəmsal Texnologiyalar nazirinin birinci müavini Əyyubxon Sultanov arasında keçirilən görüşdə baş tutub.
Görüşdə süni intellekt agentlərinə əsaslanan rəqəmsal xidmətlərin inkişafı, eləcə də bu xidmətlər üçün nitqdən mətnə çevirmə modellərinin hazırlanması və tətbiqi sahəsində əməkdaşlıq imkanları araşdırılıb.
Startap ekosisteminin inkişafına xüsusi diqqət yetirilib. Müzakirələrə hər iki ölkənin İT parkları arasında əməkdaşlığın gücləndirilməsi, startapların bazarlara qarşılıqlı çıxışının genişləndirilməsi və innovasiya ekosistemləri arasında əlaqələrin inkişaf etdirilməsi daxil olub.
1 dəqiqə