Xəzər dənizi dibindən keçən internet kabel bu ay işə düşəcək
Bunu Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib FOTO
Xəzər dənizinin dibində dənizaltı internet kabeli oktyabr ayında qoşulacaq.
Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib ki, bu ay Xəzər dənizinin dibi boyunca fiber-optik rabitə xətti (FOBX) istifadəyə veriləcək.

O bildirib ki, Sumqayıt və Aktau şəhərlərini birləşdirmək üçün 390 km kabel çəkilib.

Dənizaltı fiber-optik kabelin çəkilişi işlərinə 2026-cı ilin yayında başlanılıb. Yeni Sumqayıt-Aktau marşrutu Qazaxıstan və Azərbaycanın rəqəmsal infrastrukturunu birləşdirmək üçün nəzərdə tutulub və Asiya ilə Avropa arasında birbaşa, yüksək sürətli məlumat ötürmə dəhlizinə çevriləcək.
1 dəqiqədən az