Türkiyə ADEX-2026-da ən yeni PUA-larını təqdim edib FOTO
Bu PUA-ların hamısı çoxməqsədlidir
Türkiyənin bir neçə yeni pilotsuz uçuş aparatı (PUA) modeli 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2026) təqdim olunur.
Bunlar Türkiyənin Beyond Technologies şirkəti tərəfindən hazırlanmış və istehsal olunmuş TAYRON, BAZNA, FIBRON və NITRON-dur.
Bu PUA-ların hamısı çoxməqsədlidir.

TAYRON döyüş meydanında taktiki üstünlük təmin etmək üçün nəzərdə tutulub və kəşfiyyat və müşahidə missiyaları yerinə yetirə, rabitəni ötürə, əldəqayırma partlayıcı qurğuları və minaları zərərsizləşdirə, zərbələr endirə, həmçinin taktiki dronlar üçün daşıyıcı kimi xidmət edə bilər.

BAZNA elektron müharibə mühitində işləmək üçün optimallaşdırılıb və kamikaze rejimində hədəfləri birbaşa vurmaq üçün nəzərdə tutulub.

FIBRON elektron müharibə və GPS maneələrinə maksimum məruz qalma şəraitində cəbhə xəttində təhlükəsiz kəşfiyyat üçün nəzərdə tutulub.

NITRON kiçik, yüksək dəqiqlikli faydalı yükləri və ya xüsusi avadanlıqları təyin olunmuş nöqtəyə çatdırmaq üçün nəzərdə tutulub.
1 dəqiqə