İsrail səfiri Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində olub
Bu barədə o, öz Twitter hesabında yazıb
İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün yeni yaradılmış Kibertəhlükəsizlik Mərkəzində olub.
“Bu gün mən Rəqəmsal Texnologiyalar Nazirliyinin İsrailin aparıcı texnologiya institutu Technion ilə birgə bu həftə Bakıda açdığı Kibertəhlükəsizlik Mərkəzində oldum. Mərkəz ən yaxşı İsrail təcrübəsinə malik mütəxəssislər hazırlayacaq”, - Dik görüşdən sonra tvitter hesabında yazıb.