XƏBƏRLƏR / Elm və Texnologiya

Gezeravcının kosmosa səyahəti sona çatır T

Bu barədə TRT Haber məlumat yayıb

Gezeravcının kosmosa səyahəti sona çatır T
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İlk türk astronavtı Alper Gezeravcı və komandasının Beynəlxalq Kosmik Stansiyanı tərk edəcəyi vaxt açıqlanıb. Bu barədə "TRT Haber" məlumat yayıb.

    "Axiom Space" şirkətinin sosial media paylaşımında komandanın Türkiyə vaxtı ilə saat 17.50-də stansiyanı tərk edəcəyi bildirilib.

    Alper Gezeravcı təxminən iki həftə stansiyada qaldığı müddətdə 13 fərqli təcrübə həyata keçirib.

    Gezeravcı "Dragon" kapsulunda komanda yoldaşları ilə birlikdə dünyaya qayıdacaq. Kapsulun Orlando yaxınlığındakı okeana enməsi gözlənilir.