XƏBƏRLƏR / Təbiət

Goranboya güclü yağışdan sonra sel gəlib

Ümumilikdə selin törədiyi ziyanla bağlı dəqiq məlumat yoxdur

Goranboya güclü yağışdan sonra sel gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Güclü yağışdan sonra Goranboya sel gəlib.

    Gecə saatlarında leysan yağışdan sonra rayonun Qazançı, Goranlı və Kürəkçay qəsəbəsinə dağlardan sel suları gəlib. Nəticədə kənd yollarını sel suları yararsız hala salıb.

    Ümumilikdə selin törədiyi ziyanla bağlı dəqiq məlumat yoxdur.

    Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti höküm sürür.