XƏBƏRLƏR / İctimaiyyət

Bu gün itkin-şəhidlər dəfn olunub

YENİLƏNİB

Bu gün itkin-şəhidlər dəfn olunub
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Birinci Qarabağ müharibəsinin itkin şəhidi Möysüm Murad oğlu Əliyev bu gün Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında dəfn olunub.

    "vvəlcə itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

    Qeyd edək ki, Möysüm Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1994-ci il Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

    ***

    Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dəyanət Salik oğlu Musayev bu gün Ucar rayonunda dəfn olunub.

    Əvvəlcə rayonun Boyat kəndində itkin şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb.

    Vida mərasimindən sonra itkin şəhid Boyat kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

    Qeyd edək ki, Dəyanət Musayev 1973-cü ildə Ucarın Boyat kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ silsiləsi ərazisində gedən döyüşlərdə itkin düşüb.

    ***

    Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində dəfn olunub.

    Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, şəhid Rauf Əhmədov 1969-cu ildə anadan olub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. Onun döyüş yolu Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərindən keçib. Onun erməni işğalçılarına qarşı sonuncusu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub. Rauf Əhmədov elə orada itkin düşüb. İtkin düşən zaman şəhidin 24 yaşı olub.