XƏBƏRLƏR / İctimaiyyət

DYP səfərdən dönən sürücülərə müraciət edib

Ölkədə bayramlarla əlaqəli qeyri-iş günləri idi

DYP səfərdən dönən sürücülərə müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Baş Dövlət Yol Polisi İdarəsini səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.

    Bu barədə İdarədən məlumat verilib.

    Bildirilib ki, bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarında hərəkət intensivliyi artacaqdır.

    Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhval-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir:

    "Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq".