XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanlıların 78%-i Ermənistanla sülh bağlamaq istəyir

Bu, Azərbaycan Sosial Araşdırmalar Mərkəzinin keçirdiyi sosioloji sorğunun nəticələridir

Azərbaycanlıların 78%-i Ermənistanla sülh bağlamaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan vətəndaşlarının 78%-i Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır -SORĞU

    Azərbaycan vətəndaşlarının əksəriyyəti - 78,2%-i Ermənistanla sülh müqaviləsinin bağlanmasını dəstəkləyir.

    Bu, Azərbaycan Sosial Araşdırmalar Mərkəzinin (SAM) bu ilin fevral ayında keçirdiyi sosioloji sorğunun nəticələridir.

    Bununla yanaşı, sorğuda iştirak edənlərin 19,5%-i Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləmir, daha 2,3%-i isə bu suala cavab verməkdə çətinlik çəkib.

    SAM məlumatlarına görə, 2023-cü ilin noyabrında sülh sazişinin bağlanmasını respondentlərin 78,5 faizi, ötən ilin sentyabr və may aylarında sorğuda iştirak edən azərbaycanlıların müvafiq olaraq 76,4 və 77,3 faizi dəstəkləyib.

    Sorğu fevral ayında Azərbaycanın 12 iqtisadi rayonunda telefon müsahibəsi vasitəsilə aparılıb və 18 yaşdan yuxarı 390 respondent iştirak edib.