Qətərdəki səfirimiz geri çağırıldı FOTO
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb
Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Rəşad Fail oğlu İsmayılov Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər Sərəncamı ilə Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Mahir Əliyev bu təyinatadək Azərbaycann Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, 2022-ci il oktyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərindən geri çağırılmışdı. Mahir Əliyev əslən Ağdaç rayonundandır. Əvəllər Təhsil Nazirliyində Xarici əlaqələr idarəsinin rəisi vəzifəsində çalışıb. 2008-2015-ci illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. 2015-ci ilin mayında Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 2019-cu ilin əvvəlindən 2022-ci il oktyabrın 17-nə kimi ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik korpusuna rəhbərlik edib.