XƏBƏRLƏR / İctimaiyyət

Prezident Gömrük Komitəsinin sədr müavinlərini işdən çıxardı

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb

Prezident Gömrük Komitəsinin sədr müavinlərini işdən çıxardı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Natiq Şirinov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub. 

    Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.