Kamil Zeynallı Bakıya qayıdıb
Kamil Zeynallı Ermənistan tərəfdən axtarışa verildiyi üçün Rusiyada saxlanılmışdı
Azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Bakıya qayıdıb.
Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.
O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Heydər Əliyev Fonduna, Prezidentin köməkçisi Anar Ələkbərova minnətdaram. Ailəmlə mütəmadi əlaqə saxlanılırdı. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və səfir Polad Bülbüloğlu başda olmaqla Rusiyadakı səfirliyimizin bütün işçilərinə təşəkkür edirəm. Onlar səhərə kimi yatmayıblar”.
Xatırladaq ki, K.Zeynallı Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Məlumata görə, Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfdən axtarışa verilməsi ilə əlaqədar idi.