XƏBƏRLƏR / Kriminal

Goranboyda narkokuryer qadın saxlanılıb

DİN xəbər verir

Goranboyda narkokuryer qadın saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Goranboy rayonunda narkokuryer qadın yaxalanıb.

    Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı İ.Hüseynzadə saxlanılıb

    DİN Mətbuat Xidməti Gəncə regional qrupundan bildirilib ki, ondan yeddi kiloqramdan artıq marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.

    Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.